slider banner

Müəllif: Tamar Simonia

Lile 8 yaşında qızdır. O, anası, atası və böyük qardaşı ilə birlikdə yaşayır. Lile utancaq uşaqdır. Özünü çox tənha hiss edir. Belə ki, dostlarının onunla oynamaq istəmədiyini düşünür. O, rəqsi çox sevir. Lakin rəqs dərslərindən tez-tez qalır. Onun bədənindəki göyərtilərin hər kəsin görəcəyindən utanır. Məktəbdən sonra Lile və onun qardaşı evə bərabər gəlirlər, nahar edirlər və ev tapşırıqlarını yerinə yetirirlər. Axşam isə onların valideyinləri evə qayıdırlar. Lile və qardaşı bu vaxt otaqda gizlənirlər. Çünki valideyinləri yüksək səslə dalaşmağa və çığırmağa başlayırlar. Ata uşaqları ilə çox kobud davranır. Tez-tez onların üzərinə çığırır və onları təhdid edir. Lilenin qardaşını atası tez-tez kəmər və başqa əşyalarla döyür. Uşaqlar çox qorxurlar və otaqdan çıxmamağa məcburdurlar. Lile bilrmir nə etsin, anasına və qardaşına necə kömək etsin. Kiməsə öz vəziyyətini danışsa atasının ona çox hirslənəcəyindən qorxur.

Lile fiziki şiddət qurbanıdır. Fiziki şiddət isə uşağa ziyan, ağrı vermə deməkdir. Bu isə yol verilməzdir. Yadda saxlayın ki, çıxış yolu həmişə mövcuddur və şiddətkar insanlar cəzalandırılırlar. Şiddətdən azad olmaq istəyirsənsə şiddətkarı gizlətməməlisən.

Nikoloz 10 yaşındadır. O, valideyinləri ilə birlikdə yaşayır. Nikoloz məktəbə getmir, çünki onun məktəb üçün lazım olan əşyaları yoxdur. Nə paltarı var, nə də ki, məktəbə getmək üçün müvafiq bir şeyi. O dostları ilə vaxt keçirməyi çox istəyir. Lakin geyminə görə ona hamı gülür. Deyirlər ki, çirkli və düzənsizdir. Nikoloz digər uşaqlar kimi məktəbə gedə bimədiyinə görə çox üzülür.

Nikoloza valideyinləri etinasız yanaşırlar. Bu da şiddətin formalarından biridir. Etinasızlıq o deməkdir ki, valideyinlər uşaqları qidalandırmırlar, təhsil almaq imkanı vermirlər, həkim yardımı lazım olduqda diqqət yetirmirlər və uşaqların yaşayacağı yerləri yoxdur.

Mariam yetkinlik yaşına çatmayıb. O, çox utancaqdır. Mariam ona kiminsə yaxınlaşmasını və ona toxunmasını sevmir. Bu zaman o, özünü xoşagəlməz vəziyyətdə, komfortsuz hiss edir. O, həmişə başqalarından uzaqda oturmağı tərcih edir. Dostları ilə bərabər olmağı da sevmir. Düşünür ki, başqaları onun sirrini biləcək və o, bundan çox qorxur. Mariam seksual şiddət qurbanıdır. Mariamın tanıdığı, yaşca böyük olan insan, onun münasib olmayan yerlərinə toxunur və bu haqda kiməsə desə onunla çox pis davranacağı ilə təhdid edir.

Seksual şiddət, yaşca böyük olan insanın uşağın bədəninin çimərlik paltarı və ya alt paltarı ilə örtülü yerlərinə toxunduğu halı nəzərdə tutur. Yaşda  böyük olan insan, ele bir film və videolara baxmağa məcbur edir ki, orada insanlar çılpaqdılar. Şiddətin digər formaları kimi, seksual şiddət yolverilməz və qəbul edilməzdir. Başqa insanın təhdidindən qorxma. Belə ki, onların müvafiq cəzalandırılması mümkündür.

Ioane 9 yaşında oğlandır. O, anası, atası və nənəsi ilə yaşayır. İoane oxumağı çox sevir, lakin tez-tez məktəbdən qalır. Anası və atası onunla tez-tez dalaşır, deyirlər ki, kök və çirkin uşaqdır. Valideyinləri heç vaxt İoaneni tərifləmirlər. Əksinə, deyirlər ki, o, elə çirkin və yöndəmsizdir ki, nə təhsil ala biləcək nə də heç bir zaman dostları olacaq. İoane heç vaxt bayıra dostları ilə oynamağa çıxmır. Çünki heç kimin onunla bərabər olmaq istəmədiyini düşünür. Anası ona yemək yeməyi də qadağan edir. Deyir ki, əgər çəkidə azalmasa, arıqlamasa həmişə belə nailiyyətsiz və çirkin olacaq.

İoane psixoloji şiddət qurbanı olan uşaqdır. Psixoloji şiddət, yaşca böyük insanlar tərəfindən uşağın təhqir olunmasını, mütamadi qışqırmaq və təhdidi nəzərdə tutur. Psixoloji şiddət qurbanı olan uşaqlar özlərini çox tənha hiss edirlər.

Hər növ – fiziki, seksual, psixoloji şiddət və ya uşağa etinasız yanaşma cinayətdir. Hər bir uşaq onların qayğısına qalmalarına və sevilməyə layiqdirlər.

Sənə bütün bunlar tanışdırsa, səni və ya dostunu təhlükə təhdid etdiyini düşünürsünüzsə, əgər dostunuz şiddətlə mübarizə etməkdə yardıma ehtiyacı olduğunu dedisə Hüquqi Yardım Xidməti sizə müvafiq yardım edəcək. Bizə veb səhifədə olan çatda yaza bilərsən. Həmçinin qaynar xətt 1485 ilə bizimlə əlaqə qur, yaxud qeyd edilən nömrəyə zəng et: 032 292 00 55

 

 


Şiddət