2020-01-01
ბავშვთა უფლებები
ბავშვებო, მინდა გაგაცნოთ, თუ როგორ უნდა მოიქცეთ, თუ პოლიციელმა გაგაჩერათ. ამის შესახებ არსებობს კანონები და წესები, რომელიც არც პოლიციელმა, არც სხვა უფროსმა, და
2020-01-01
Mən tolerant olmalıyam
Başqalarına, sənə davranmalarını istəmədiyin kimi davranma.
Tolerantlıq başqa adamı olduğu kimi qəbul etməkdir. İnsanlar bir-birindən dəri rənginə, mədəniyyət, din və irqə görə fərqlənə bilərlər. Məsələn, məktəbdə gürcü,
amerikalı, yapon və müxtəlif millətlərdən olan uşaqlar oxuya bilər. Sinifdə, müxtəlif davranış və fikirləri olan çoxlu fərqli insan olduğu halda nə edirik?!
Lida və Akio Gürcüstanda yaşayırlar. Lida iranlıdır, Akio isə Yaponiyadan gəlib. Onlar ailələri ilə birlikdə yaşamaq üçün bizim ölkədədirlər. Lida və Akio altıncı sinif şagirdləridir və məktəbdə gürcü uşaqları ilə bərabər oxuyurlar. Onlar sinifdə fərqlidirlər. Belə ki, gürcü uşaqlardan fərqli din və mədəniyyətləri var. Məsələn Lida hamıdan fərqli geyinir, belə ki, onun dini İslam onun baş örtüyü geyinməsini xahiş edir. Lida fərqli görünür. Buna görə uşaqlar ona gülürlər belə. Akio isə gürcü dilini mənimsəmədə çətinlik çəkdi. Sinifdə heç kimlə dostlaşa bilmədi. Çünkü uşaqlar ona hər yerdə fərqli olduğunu və burada onun yeri olmadığını hiss etdirirdilər. Lida və Akioya qarşı bəzi uşaq tolerant olmayan münasibət göstərdi. Tolerant olmayan münasibət isə digər insanın inamlarına, fikirlərinə, dininə qarşı hörmətsizlik, qəbuledilməzliyi nəzərdə tutur. Digər insan səndən fərqli geyinə, başqa cür görünə, başqa dəri rənginə sahib ola bilər. Başqasını fərqli oduğu üçün mühakimə etməyin.
Hər bir insanın eyni imkanları yoxdur. Sinifdə bəzi uşaq materialı daha asta qavraya bilər, başqasına nisbətən oxumaqda çətinlik çəkə bilər, lakin bu o demək deyildir ki, onu mühakimə edək, istehza edək və ya onlar haqqında nəsə pis deyək.
Müxtəlif mədəniyyətlərdən olan uşaqların müxtəlif dinləri var. Ola bilsin ki, onlar səndən fərqli hərəkət edirlər, fərqli düşünürlər. Əgər sən onların fikrinə hörmət edirsinizsə, o zaman tolerantsan.
Sən məktəbində, həyətdə, yaxud sənin yaşıdlarınla görüşdüyün yerdə bir uşağı məhdud imkanlı üçün olan arabada görə bilərsən. Yadından çıxarmamalısan ki, bizim hamımız bir-birimizdən fərqlənirik. Lakin eyni zamanda, insan olduğumuz üçün bərabərhüquqluyuq.
Tolerant olmaq xeyirli iş görmək, başqalarına yardım etmək, insanları dinləmək, başqalarının duyğuları və hüquqlarına qarşı diqqətli olmaq deməkdir.
Sənin üçün bütün bunlar tanışdırsa, səni və ya dostunu təhlükə təhdid etdiyini düşünürsənsə, əgər dostun şiddətlə mübarizə etməkdə yardıma ehtiyacı olduğunu söylədisə, Hüquqi Yardım Xidməti sizə müvafiq yardım edəcək. Bizə veb səhifədə mövcud olan çatda yaza bilərsən. Həmçinin qaynar xətt – 1485 ilə bizə müraciət et, yaxud qeyd edilən nömrəyə zəng et: 032 292 00 55
2020-01-01
ბავშვებო, მინდა გაგაცნოთ, თუ როგორ უნდა მოიქცეთ, თუ პოლიციელმა გაგაჩერათ. ამის შესახებ არსებობს კანონები და წესები, რომელიც არც პოლიციელმა, არც სხვა უფროსმა, და
2020-01-01
Tolerantlıq başqa adamı olduğu kimi qəbul etməkdir. İnsanlar bir-birindən dəri rənginə, mədəniyyət, din və irqə görə fərqlənə bilərlər. Məsələn, məktəbdə gürcü,