slider banner

Duisidə, Hüquqi Yardım Xidmətinin Məsləhət Mərkəzində 2020-ci ilin 8 oktyabr tarixində BMT Uşaq Fondunun yardımı ilə uşaqlara yönəmli mühit açıldı.

Açılma mərasimində Hüquqi Yardım Xidmətinin direktoru Rajden Kupraşvili, BMT-nin Uşaq Fondunun Gürcüstandakı nümayəndəsi Hasan Xalili  və BMT-nin Gürcüstandakı daimi nümayəndəsi Sabine Maxl iştirak edirdi.

Uşağa adaptasiya olmuş otaqda, xüsusi mebel və əşyalar vasitəsi ilə yeniyetmənin emosional, eləcə də psixoloji vəziyyətinə və inkişafına yönəlmiş mühit yaradılmışdır. Məlum olduğu kimi, Hüquqi Yardım Xidməti Uşaq Hüquqları Məcəlləsi və Yetkinlik Yaşına Çatmayanların Əddliyyə Məcəlləsinin həyata keçirilməsində fəal olaraq iştirak edir.  Müvafiq olaraq, qeyd edilən otağın, vəkillərin yetkinlik yaşına çatmamışlarla söhbətinin, sorğusunun, konsultasiyasının, uşaqlar üçün komfortlu mühitdə baş vermsinə imkan verdiyi çox vacib haldır.

Elə həmin gün fəxri qonaqlar duisili şagirdlərlə görüşdülər və onlarla yeniyetmələr üçün aktual məsələlər, həmçinin Uşaq Hüquqları Məcəlləsi haqqında söhbət etdilər.

Duisi Məsləhət Mərkəzinin uşağa yönəlmiş mühiti artıq ikincidir. Birinci otaq isə BMT-nin Uşaq Fondunun yardımı ilə Rustavi Hüquqi Yardım Bürosunda 2018-ci ildə açıldı.