slider banner

Müəllif: Keti Cağeli

Nita həyətdə oynadığı zaman, məktəbdə həmyaşıdları əhatəsində çox vaxt yaşıdları tərəfindən bulinq qurbanı olub. Ona alçaldıcı ləqəb qoydular. Ona gülürdülər, qorxudurdular, hədələyirdilər. Fiziki təsir göstərirdilər... Nita çox həssasdır və onun üçün oxşar mühitdə olmaq xoşagəlməzdir. O, özünü məzlum hiss edir, insanlara etibar etmir, yenə də oxşar vəziyyətlə qarşılaşacağından qorxur. Gəlin Nitanın olduğu vəziyyəti düşünək. Əgər oxşar hal olarsa nə ilə qarşılaşdığımızı və nə edəcəyimizi bilək.

 

Sizi ilk növbədə, bulinq nədir maraqlandıracaq?

“Bullinq” termini fiziki və ya psixoloji şiddət, qorxutmaq, alçaltmaq deməkdir. Bullinqin 3 növü mövcuddur: emosional, sözlə və fiziki. Uşağa qarşı bullinq başqa insanlar tərəfindən, həmçinin öz sinif yoldaşları və digər həmyaşıdları tərəfindən həyata keçirilə bilər.

Bullinq qurbanı olduğumuzu necə anlayaq?

Bullinq göstəriciləridir: alçaldıcı ləqəblərin qoyulması, istehza etmək, qrupdan çıxarma, nalayiq sözlərin yazılması, əşyaların və yaxud formanın əldən alınması, yazılı və ya sözlə təhqir, ümumi işdən ayırd etmə, təhdid, qorxutma, əl ilə itələmə, əl və ya ayaqla döymək, böhtan atmaq, “qurbanı” narahat, əlverişsiz, xoşagəlməz vəziyyətə salma, öz istəyinə qarşı məcbur etmə.

Əgər sən də oxşar vəziyyətdə olubsansa qorxma! Yadda saxla ki, sənə yardım edə biləcək insanlar var. Yadda saxla ki, sən tək deyilsən.

Şıddətkarı, yəni bulleri necə tanıyaq?

Çox vaxt şiddətkar, aqressiv yeniyetmə çalışır ki, böyük, güclü kimi görünsün. Tez-tez həmyaşıdlarına, böyüklərə, ailə üzvlərinə kobudluq edir... Onda enerji çoxluğu olur, özünə qarşı hədsiz dərəcədə pozitiv və ya neqativ təsviri, başqalarına qarşı güc və əmr etmə istəyi olur. Onda özünün şiddət qurbanı olacağına dair qorxu yaranır.

Şiddətkarı hansı istək hərəkətə gətirir?

Şiddətkar diqqət mərkəzində olmağı tələb edir. Dostları ilə çətinlikəri var, düşünmür ki, cinayət edir, başqasının vəziyyətinə mərhəmət göstərməyi bacarmır. O, öz aqressiv hərəkətini dərk etmir. Şiddətkarın qurbana qarşı etdiyi hərəkətlər, qurbana fiziki və ya psixoloji ziyan verə bilər. Bütün bunlar qurbanın gündəlik həyat keyfiyyətində əks olunur.

Hər birimiz  statusumuz, baxışlarımız və fiziki xüsusiyyətlərimizə baxmayaraq bullinq qurbanı ola bilərik...

Qurban özünü öz həmyaşıdları ilə əlaqə qura bilməyən müdafiəsiz, zəif, alçaldılmış insan kimi hiss edir. Çoxluq olan yerlərdən çəkinir. Belə ki, başqa adamların onu alçaldacaqlarından qorxur.

Bullinq özünü hansı şəkildə göstərə bilər?

Bullinqin müxtəlif növləri mövcuddur:

  • Televiziya bullinqi
  • Kiber bullinq
  • Qrup şəklində bullinq
  • Seksual bullinq
  • Emmosional bullinq
  • Sözlə bullinq
  • Bədən dili ilə bullinq
  • Fiziki bullinq

Kiber bullinq nədir və hansı təhlükədən ibarətdir?

21-ci əsrdə uşaqlar fəal şəkildə müxtəlif texnologiyalardan istifadə edirlər. Onlar sosial şəbəkələrə qoşulublar, müxtəlif növlü informasiya əldə etmək imkanları var, virtual dostlar tapırlar... Bütün bunlar isə kiber bullinq risklərini artırır.

Kiber bullinq müxtəlif texnologiyaların istifadəsi ilə həyata keçirilir. Şiddətkar qurbanla anonim şəkildə əlaqədə ola bilər. Kiber bullinqin elektron poçt, sosial şəbəkə, veb səhifələr və digər vasitələrlə həyata keçirilməsi mümkündür. Bullinqin bu forması çox xoşagəlməz və təhlükəlidir. Çox vaxt qurban ciddi psixoloji ziyan alır. Bizim reallığımızda kiber bullinqlə mübarizə etmək böyük çağırışdır. Vacibdir ki, insan  bullinq edicinin, eləcə də onun qurbanının hansı növ ziyana məruz qalacağını anlasın. 

Əgər sənin və ya sənin ətrafındakıların hüquqlarının pozulduğunu, bullinq qurbanı olduğunu düşünürsənsə Hüquqi Yardım Xidməti müxtəlif növ hüquqi yardım etməyə hazırdır.

Veb səhifədə mövcud olan çatda bizə yaza bilərsən. Həmçinin qaynar xətt - 1485 ilə bizə müraciət et; yaxud qeyd edilən nömrəyə zəng et: 0232920055

Şəxsin hüquqlarının pozulduğunu gördüyün zaman gözlərini yumma. Yadda saxla ki, sənin tərəfindən irəliyə atılan addım başqa insanın həyatını yaxşılığa doğru dəyişir.

Bir birimizin yanında durmaqla bizim reallığımızı yaxşılığa doğru dəyişək!!!

 

Məqalə aşağıda qeyd edilən materialların istifadə edilməsi ilə hazırlanıb. Lakin onların analoqu deyil.

 

Mənbə 1: Müəllimlərin İxtisas Inkişaf Mərkəzi - “Məktəblərdə bullinqin prevensiyası və tolerant mədəniyyətin inkişafına dəstək”.

Mənbə 2: “Təhsil və qiymətləndirmə”; Müəlliflər:  Rusudan Tğemaladze

                                                                             Nana Dalakishvili

                                                                             Ketevan Topadze

                                                                            Tatia Packoria

                                                                            Tamar Butsashvili


Bullinq